AZ

Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN ölürlər?

Bəzi mənbələrin iddiasına görə, 2025-ci il başlayandan Bakı həbsxanalarında 10 ölüm hadisəsi olub.

Bəs maraqlıdır, bu rəqəmlər reallığı əks etdirirmi? Məhkumlar hansı xəstəliklərdən vəfat edirlər?

Oxu.Az-ın mövzu ilə bağlı sorğusuna Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən cavab gəlib.

Qurumun Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə bildirib ki, penitensiar müəssisələrdə baş verən hər bir ölüm hadisəsi zamanı prokurorluq orqanları tərəfindən istintaq aparılır və bütün hallarda məhkəmə-tibbi ekspertiza cəlb olunaraq, ölümün səbəbi müəyyənləşdirilir:

"Məhkumların ölüm statistikası ilə bağlı məlumat xidməti istifadə üçündür və təqdim edilmir. Penitensiar müəssisələrdə məhkumların ölüm sayında artım qeydə alınmayıb. Belə ki, ötən il məhkumlar üzrə ölüm əmsalı ölkə üzrə ümumi ölüm əmsalından az olub.

Məhkumların ölüm səbəblərinə müxtəlif orqanların xərçəngi, ağır gedişli şəkərli diabet, qaraciyər sirrozu, ürək çatışmazlığı kimi xəstəliklər daxildir".

Seçilən
12
2
turkustan.az

3Mənbələr