Son illərdə məktəblərdə dərs yükünün artması ilə bağlı valideynlər və şagirdlər arasında narazılıqlar tez-tez gündəmə gəlir. Xüsusilə dərsliklərin və əlavə vəsaitlərin çox olması, şagirdlərin gündəlik çantalarının ağırlığını artırır. Bu, xüsusilə ibtidai sinif şagirdləri üçün fiziki çətinliklər yaratmaqla yanaşı, valideynlər arasında da narahatlıq doğurur.
‘’Ajans.az’’xəbər verir ki, keçmiş təhsilnaziriFirudinAğasıoğludaməktəbkitablarının çoxluğundan şikayətedib. O bildirib ki, Emin Əmrullayevlə divar qonşusuyuq:
‘’Birinci sinifdə oxuyan nəvəm Emin bəyi blokda tutaraq yaxasından yapışıb. Səhərisi təhsil naziri xanımıma şikayət etdi. Söyləyib ki, sən necə təhsil nazirisən? Görmürsən mən hələ balacayam? Bu sumkadakı kitabları necə daşıyım? Bu dialoq cənab nazirin özünün də xoşuna gəlib.Yəni, indiki məktəb proqramları yararsız və keyfiyyətsizdir’’.
''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli ‘’Ajans.az’’a söyləyib ki, Firudin Ağasıoğlunun fikirlərinin bəzi hissəsində həqiqət olsa da məsələyə qərəzli yanaşıb:
‘’Doğrudur, indiki dövrdə dərsliklərin həm həcmi, həm də sayı çoxdur. Bu istiqamətdə çoxlu iradlar bildirmək mümkündür. Lakin dərsliklər keyfiyyətsizdir demək, bir qədər ədalətsizlikdir. Çünki kitabların çap edilməsi əvvəlki dövrlərə nisbətən daha yaxşıdır. Nəzərə almaq lazımdır ki, kitabların ağırlığı şagirdlər, xüsusən də ibtidai siniflər üçün ciddi problemlər yaradır. Hətta, skolioz xəstəliyinə gətirib çıxardır. Qeyd edim ki, Azərbaycanda bütün dərsliklərin elektron versiyaları mövcuddur. Sadəcə olaraq buna keçid etmək üçün son bir addım lazımdır. Bu üsulla dərslikləri daşınmadan planşet və kompüterin köməyi ilə rahat istifadə etmək olar. Fikrimcə, bu yöndə maddi problemlər qalmaqdadır. Əks halda elektron qaydaya keçmək heç də çətin olmayacaq. Əlavə olaraq elektron dərsliklərdən istifadə etmək üçün sürətli internet vacibdir. Lakin bu amil bölgələrimiz üçün müşküldür. Beləki ucqar məktəblərin bəzisi internetlə təmin edilməyiblər. Bu səbəbdən jurnallar elektron qaydaya keçsə belə, yaxın vaxtlarda elektron dərsliklərin təminatı baş verməyəcək. Bir sözlə, dərsliklərlə bağlı problemin həlli böyük maliyyə vəsaitindən keçir".