AZ

Rusiyapərəst oliqarx “Ermənistan-artsax” ümumerməni gənclər birliyi”nə ofis verdi... - VİDEO

Yazını böyüt
Yazını kiçilt

“Çiçəklənən Ermənistan” partiyasının lideri, keçmiş deputat, məşhur oliqarx Qagik sarukyan ““Ermənistan-artsax” ümumerməni gənclər birliyi” adlanan qondarma bir quruma özünə məxsus mülklərdən birində ofis açmaq üçün yer ayırıb.

Hafta.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

“Ermənistan-artsax” gənclər birliyinin yeni guşəsi İrəvanın mərkəzində, Argişti 9 ünvanında yerləşir. Burada müxtəlif sahələrin nüfuzlu nümayəndələrinin iştirakı ilə mühazirələr, görüşlər və müzakirələr keçiriləcək.

Xatırladaq ki, Rusiyapərəst mövqeyi ilə seçilən, Ermənistan Xocalı caniləri - keçmiş eks-prezidentləri Robert Köçəryan və Serjik Sərkisnyanla yaxın əlaqələrdə olan və vaxtilə Qarabağdakı ermənilər arasında “eşşək” ləqəbi ilə tanınan, keçmiş parlament üzvü Qagik Sarukyan Paşinyan hakimiyyətinə müxalif mövqedədir.

Seçilən
5
hafta.az

1Mənbələr