AZ

“Türkiyə geosiyasi gücə çevrilib” - Malayziyanın Baş naziri

"Türkiyə milli şüurunu və ləyaqətini ciddi şəkildə artırmış bir ölkədir”.

Misiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Kuala Lumpurda keçirilən “Yeni əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq Toplantısı”nda çıxışı zamanı Malayziyanın Baş naziri Ənvər İbrahim deyib.

Onun sözlərinə görə, Türkiyə hazırda geosiyasi gücə çevrilmiş bir ölkədir.

"Türkiyə hər zamankından daha güclüdür. Səbəb isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsi üçün etdikləri və göstərdiyi səylərdir”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr