AZ

"Bir kitab-bir tamaşa" layihəsi Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrı Beynəlxalq kitab bağışlama günü  ilə əlaqədar  maraqlı layihə həyata keçirəcək. "Bir kitab-bir tamaşa"  adlı layihə fevral ayının 13-ü, saat 18⁰⁰-da  gerçəkləşdirəcək.

Bu barədə News365.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Məlumatda deyilir ki, ilk dəfə teatrda  reallaşcaq layihədə   kitab bağışlayan  tamaşaçı  "Ocaq" tamaşasına  dəvətnamə  əldə  edəcək.  Məqsəd yığılan  kitabların hesabına teatrda  kitabxana  formalaşdırmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində teatrın repertuarında önəmli yer tutan, Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq"  tamaşası oynanılacaq.

News365.az

Seçilən
2
1
news365.az

2Mənbələr