AZ

Avtomobilində narkotik vasitə daşıyan şəxsi polis saxlayıb

Avtomobilə keçirilən baxış zamanı 3 kq 95 qram marixuana aşkarlanıb.

Paytaxt ərazisində bir nəfərin idarə etdiyi “Opel” markalı avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 31 yaşlı F.Məlikzadəyə məxsus avtomobilə keçirilən baxış zamanı ondan 3 kq 95 qram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Seçilən
29
2
operativmedia.az

3Mənbələr