AZ

Rusiya "Moskva"Bəyannaməsini özü pozdu- ÖZƏL

"Rusiya Azərbaycanın Türkiyə ilə regionda qurduğu siyasi konfiqurasiyanı hədəf alıb. Məhz Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının müsbət istiqamətdə irəliləyişi və "Zəngəzur" dəhlizinin açılması istiqamətində müsbət proseslər Kremli ciddi şəkildə narahat edir. Rusiyanın hakimiyyəti müxtəlif istiqamətlərdə Azərbaycanı hədəf almaqla, regionda yaranan siyasi nizamı öz leyhinə dəyişə bilməsi mümkün deyil. Rusiyanın AZAL təyyarəsinin vurması, Azərbaycana ciddi təzyiq vasitəsi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini,  siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Cəhubi Qafqazda siyasi nizam dəyişib və  Moskva regional siyasətində strateji səhvlər edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra, Rusiya hərbi bazasını bu ölkədə itirəcək. Rusiya regiondan tamamilə getmək narahatlığını yaşayır. Azərbaycanla ikitərəfli münasibətlərin normallaşması mümkündur. Amma, əvvəlki kimi olmayacaq. Rusiya Azərbaycanla Ermənistan arasında danışıqlardan tam kənarlaşdırılıb. Proseslər Moskva üçün gözlənilməz bir prosesə daxil olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
1
olaylar.az

2Mənbələr