Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) yüksək gəlirli ölkələrlə müqayisədə təxminən 40 % azdır.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
"Hazırda bizdə bu göstərici 6 min ABŞ dolları, yüksəki gəlirli ölkələrdə isə 10 min ABŞ dollarıdır. Fərqi azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, o cümlədən həm mallar, həm də xidmətlər daxil olmaqla ticarət sektoruna stimullaşdırıcı tədbirlər görülməlidir", - deyə o qeyd edib. (Report)