Milli Nəqliyyat Təhlükəsizliyi Şurası bildirib ki, Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə ordu helikopterinin toqquşması nəticəsində dağıntıların axtarışını davam etdirən ekipajlar şənbə günü səhər saatlarında Potomak çayının dibini skan etmək üçün lazerlə təchiz edilmiş təyyarədən istifadə ediblər.
Təyyarənin və helikopterin böyük parçaları, bütün 67 qurbanın qalıqları bu həftə tapılıb.Təxminən bir həftə daha kiçik dağıntıların axtarışına sərf ediləcək.
Milli Okean və Atmosfer Administrasiyası (NTSB) tərəfindən idarə olunan və lazer skan texnologiyası ilə təchiz edilmiş təyyarə qəza yerinin üzərində aşağı hündürlükdə uçub. Lazerlərdən çayın səthinə nüfuz etmək və çay yatağının xəritəsini çəkmək üçün istifadə olunur.
NTSB-nin şənbə günü günortadan sonra yaydığı açıqlamaya görə, iki təyyarənin "bütün əsas hissələri" tapılıb və onlar toqquşma bucağını aşkar edə biləcək hər hansı işarələrə görə yoxlanılacaqr.
NTSB bildirib ki, toplanan məlumatlar yanvarın 29-da Vaşinqton səmasında ordu helikopteri ilə American Airlines təyyarəsinin toqquşması ilə bağlı davam edən təhqiqatın bir hissəsi olacaq. Sağ qalan olmayıb.
ABŞ prezidenti Donald Tramp cümə axşamı toqquşmaya görə ABŞ hava nəqliyyatı dispetçerləri tərəfindən istifadə edilən köhnəlmiş kompüter sistemini günahlandırıb və onu əvəz edəcəyinə söz verib.
Təhqiqatçılar həmçinin təyyarənin və helikopterin hündürlüyünü, o cümlədən helikopterin 61 metrlik uçuş tavanından yuxarı olub-olmadığını araşdırırlar. Müstəntiqlər daha dəqiq məlumat əldə etmək üçün helikopterin qalıqlarını araşdırmalıdırlar.
visiontv.az