AZ

“Pis oğul” ilk dəfə ekranlarda

Devrilmiş Bəşər Əsəd tərəfindən qadağan olunmuş filmlər siyahısında olan “Pis Oğul” ilk dəfə Suriya paytaxtı Dəməşqdə nümayiş olunub. “Pis Oğul” filmi Hafiz Əsəd və Bəşər Əsədin dövründə Baas rejiminin xalqa qarşı zülmündən bəhs edir.

Aktyor Qatfan Qannumun rejissorluğu ilə çəkilmiş film Dövlət Opera Teatrında göstərilib. 2024-cü ildə lentə alınan filmin ölkədə ilk nümayişinə sənətsevərlər böyük maraq göstərib.

Qannum mediaya açıqlamasında rejimin “qadağan olunmuşlar” siyahısında olan filmin nümayiş etdirilməsindən çox xoşbəxt olduğunu ifadə edərək, “Bu qədər insanın burada olmasından çox xoşbəxtəm. Onların iştirakından qürur duyuram”, – deyib.

Filmin Suriyada tamaşaçılarla görüşməsi arzusunun gerçəkləşdiyini ifadə edən Qannum, “Daha əvvəl də filmin Suriyada nümayiş etdirilməsini istədiyimi bildirmişdim. İnsanların hər zaman kinoya maraq göstərmələrini istəyirəm. Vətəndaşlar da bu səylərə çox böyük maraq göstərirlər. Filmi izləməyə gələn hər kəsə təşəkkür edirəm”, – deyib.

Seçilən
13
2
vaxt.az

3Mənbələr