“Bu gün Azərbaycanın Rusiyada hər hansı formada hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş təsisatı yoxdur. “Rus evi” ilə bağlı Azərbaycan tərəfinin mövqeyi aydındır”. Bunu AzadMedia.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov son günlər Rusiyanın ölkəmizə qarşı qarayaxma kampaniyalarını şərh edərkən deyib.
O bildirib ki, məsələ ilə bağlı Azərbaycan XİN-in yaydığı bəyanatda da qeyd olunub:
“Bu kimi fəaliyyətlər beynəlxalq fəaliyyətə, ikitərəfli münasiblətlərə və müqavilələrə, qarşılılıqlıq prinspinə əsaslanmalıdır. Ölkə qanunvericiliyinə məhəl qoyulmadan fəaliyyət göstərməsi mümkün deyil”.
Millət vəkilinin sözlərinə görə, Rusiyada hər hansı qeyri-hökumət, yaxud da media təsisatının qarayaxma kampaniyasında iştirakı “başa düşüləndir”:
“Amma hakim partiyada mövqe tutan deputatların bu istiqamətdə fəallıq göstərməsi Rusiyaya fayda verməyəcək. Azərbaycan ümumbəşəri dəyərlərə sadiqdir. Biz şimal qonşumuzla hər hansı problemin yaşanmasını arzu etmirik. Bildiyiniz kimi, 2022-ci ildə qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalanıb. Bəyannamənin 7-ci maddəsində də göstərilir ki, tərəflərdən biri strateji tərəfdaşlığa, maraqlara zidd hesab etdiyi istənilən addımla bağlı aidiyyatı tədbir görməlidir. Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması bunun ardınca, enişə icazə verilməməsi və Xəzər dənizi üzərində ölümə tərk edilməsi fonunda nəinki aidiyyatı tədbirlər görülmədi, əksinə Azərbaycan mediası üzərinə basqı etdiklərini müşahdiə etdik. Bu doğru yanaşma deyil. Hesab edirəm ki, onlar fikirləşməlidir. C.Qafqazda kim öz öhdəliklərinə sadiqdir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta