AZ

"Turan Tovuz" gələn mövsümdən yeni adla çıxış edəcək

Azərbaycan Premyer Liqası komandası "Turan Tovuz" gələn mövsümdən yeni adla çıxış edəcək.

"Turan Tovuz" klubu gələn mövsümdən Azərbaycan Premyer Liqasında "Turan" adı altında çıxış edəcək.

Bu haqda "Operativ Media"ya açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib.

"Hal-hazırda hüquqi proses gedir. Bununla bağlı klub rəhbəri də açıqlama verib. Çox güman növbəti mövsüm artıq "Turan" adı ilə çıxış edəcəyik.

Qeyd edək ki, artıq klubun akademiyasının adında dəyişiklik edilib.

Seçilən
16
operativmedia.az

1Mənbələr