AZ

Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini - TƏMİZLƏYƏCƏK

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 tenderə yekun vurub.

Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ

FED.az xəbər verir ki, sözügedən tendelər “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətinin satınalınması ilə bağlıdır və tenderləri "Təmizliyin İncisi" MMC   (VÖEN: 1004445421) şirkəti udub.

Qalib şirkət Dövlət Agentliyinin inzibati binasında və 17 “ASAN xidmət” mərkəzinə təmizlik xidməti göstərəcək və əvəzində 4 788 011 AZN qazanacaq.

Qeyd edək ki, "Təmizliyin İncisi" MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur.

Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:

Satınalan təşkilatın adı

Məbləğ

Yekunlaşma tarixi

1

Şamaxı, Şəki, 1 saylı Sumqayıt və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

789 455 AZN

10.02.2025 09:15

2

Tovuz, 1 saylı Gəncə və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

716 364 AZN

10.02.2025 09:04

3

1, 2 və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

697 970 AZN

10.02.2025 09:02

4

Naxçıvan, Masallı və Lənkəran regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

847 517 AZN

10.02.2025 09:01

5

Sabirabad, Ağcabədi və İmişli regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

861 798 AZN

07.02.2025 15:35

6

Dövlət Agentliyinin inzibati binasında və 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması

874 907 AZN

07.02.2025 14:50

Seçilən
4
fed.az

1Mənbələr