AZ

Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur » AzadMedia.az

Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib.

AzadMedia.az xəbər verir ki, biznesmen bu məsələ ilə bağlı ilk dəfə ötən ay Almaniyada keçirilmiş konfransda fikir bildirib. Tədbir Alman media konglomeratı Axel Springer-in rəhbəri Mathias Doepfner tərəfindən təşkil olunmuşdu.

“Mən TikTok-un alınması ilə bağlı heç bir təklif etməmişəm.Əgər TikTok-a sahib olsaydım, nə edəcəyim barədə heç bir fikrim yoxdur” – deyə Elon Musk bildirib və şəxsi olaraq bu platformadan istifadə etmədiyini qeyd edib. “Mən TikTok-u almağa tələsmirəm. Adətən, şirkətləri sıfırdan qururam” - deyə Musk əlavə edib. O, 2022-ci ildə Twitter-i almış, daha sonra platformanın adını X olaraq dəyişdirmişdi.

Keçən ay Bloomberg News agentliyi Elon Musk-ın TikTok-un ABŞ biznesini ala biləcəyi barədə məlumat yaymışdı. Lakin görünən odur ki, şirkət ABŞ-da qadağadan qaça bilməyəcək və buna görə də ByteDance məcburən ABŞ bölməsini satmalı olacaq. ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra Donald Trump, TikTok-un ölkədə bloklanmasını müvəqqəti dayandıran fərman imzalamışdı. Bu addım ByteDance şirkətinə satış üçün əlavə vaxt qazandırmışdı. Trump həmçinin Elon Musk və ya Oracle şirkətinin rəhbəri Larry Ellison-un TikTok-un yeni sahibi olmasına etiraz etməyəcəyini bildirmişdi.

Seçilən
5
1
azadmedia.az

2Mənbələr