AZ

Güney Azərbaycan əyalətlərində təhsil ocaqları bağlandı

Havaların soyuq keçməsi və güclü qar yağması ilə əlaqədar olaraqGüney Azərbaycan əyalətlərində təhsil ocaqları və bir çox dövlət idarələri tətil elan edilib.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Həmədan, Qəzvin, Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətlərində dərslər onlain keçiriləcək.

Bununla yanaşı yolların buz bağladığı, nəqliyyatın hərəkətinin çətinləşdiyi və 100-lərlə kəndin yolunun bağlandığı bildirilib.

Azərbayca əyalətləri ilə yanaşı İranın 15 başqa əyalətində də böhran vəziyyəti elan edilib, məktəblər, universitetlər və bir sıra dövlət idarələri bağlanıb.

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr