AZ

Ölkəmizdə seriallar nə üçün daha çox ailə-məişət mövzusunda çəkilir?

"Bu gün ölkəmizdə çəkilən serialların böyük əksəriyyəti ailə-məişət və komediya mövzusunda olur".

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.

O bunun səbəblərindən də danışıb:

"Telekanallar da əsasən bu məzmunda serialların çəkilməsini istəyirlər. Çünki bugünkü gündə daha çox ailə-məişət mövzusu gündəm olur. İzləyicilərə daha çox ailə-məişət, xəyanət və dram kimi mövzular maraqlı gəlir".

Aktrisanın sözlərinə görə, bu mövzuların daha çox aktual olduğu nəzərə alınır:

"Yəni bu tip səbəblərə görə daha çox ailə-məişət mövzusuna müraciət olunur. Üstəlik, sponsorlar da bu janrda çəkilən layihələrə daha çox pul ayırır. Eyni zamanda, izləyicilər də əsasən komediya və ailə-məişət mövzusunda çəkilən seriallara baxmağa üstünlük verirlər".

Leyla Babayeva qeyd edib ki, bu mövzular hər zaman reytinq verdiyi üçün cəlbedici olur:

"Hətta filmlərin belə əksəriyyəti komediya və ailə-məişət mövzusunda çəkilir. Tamaşaçılar da onlara pul verərək kinoteatrlarda izləyirlər. Yəni tələbata uyğun layihələr çəkilir. Lakin buna baxmayaraq, son zamanlarda tarixi və digər janrlarda da filmlər və seriallar ərsəyə gətirilir". 

Pərviz Şimşək

Seçilən
4
hit.az

1Mənbələr