AZ

“İbrahim Nisəyə deyib ki, səni alıram, amma…” - VİDEO

“Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüş, onunla eyni səhnəni bölüşmüşdü. İbrahim bacımın ayaqlarının altında oturub ona təriflər söyləmiş, Türkiyədə qalmağı məsləhət görmüşdü. Amma bacım ona “baxarıq…” cavabını vermişdi”.

News365.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, N.Qasımova Türkiyədə olarkən Tatlısəs bacısına evlilik təklifi edib:

“Bacım Nisə sonra mənə və anamıza gəlib dedi ki, İbrahim söyləyib ki, səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də ki sənə ərə gələn. Mən Nisə Qasımova heç zaman vətənimi satmaram. Mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”.

Seçilən
38
18
news365.az

10Mənbələr