AZ

Nazir: "Müəllimlərin sayı azalacaq"

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib:

"Bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq. Bu, təhsil üçün müsbət nəticələr verməyəcək. 2026-cı ilədək uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər müəllimin dərs saatı artacaq. Bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq".

AzVision.az
Seçilən
9
45
azvision.az

10Mənbələr