Azərbaycan millisinin oyunçusu Coşqun Diniyev Türkiyədə komandasını dəyişib.

Offsideplus.az xəbər verir ki, "Bandırmaspor"da çıxış edən futbolçu karyerasını "Çorum"da davam etdirəcək. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Diniyevin yeni klubu Türkiyə Birinci Liqasında 35 xalla 7-ci pillədə qərarlaşıb.