AZ

PAPA nəfəs ala bilmədi, köməkçisi çıxışını tamamladı

Katolik dünyasının hər 25 ildən bir qeyd etdiyi ənənəvi “Yubiley” ili çərçivəsində Vatikanda müxtəlif peşə qruplarını qəbul edən Papa Fransisk, əksəriyyəti İtaliya təhlükəsizlik qüvvələrindən olan müxtəlif ölkələrdən təxminən 30 min əsgər üçün xüsusi ayin təşkil edib.

Turkustan.az xəbər verir ki, bronxit səbəbiylə bəzi səfərlərini təxirə salan və ya məhdudlaşdıran 88 yaşlı Papa Fransisk bugünkü məclisdə yorğun görünüb. Katoliklərin ruhani lideri köməkçisindən “Bağışlayın, nəfəs almaqda çətinlik çəkirəm” deyərək, məclis zamanı onun çıxışını oxumasını istəyib.

Kütləvi mərasimin sonunda Papa özü bazar namazı nitqi ilə çıxış etdi: O, dindarları Ukrayna, Fələstində, İsraildə, Myanmada, Konqo Demokratik Respublikasının Kivu bölgəsində və Sudanda sülh üçün dua etməyə çağırıb və deyib: "Hər yerdə silah sussun".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr