AZ

Rusiya səfiri: "Ermənistanı başqa heç kəs müdafiə edə bilməz"

Hurriyyet.az xəbər verir ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin  Ermənistanı KTMT-dən başqa heç bir qurumun müdafiə etməyəcəyini xatırladıb. O, Ermənistan ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasındakı məsələlərin müttəfiqlərin dəyirmi masasında həll edilə biləcəyini deyib.

Kopırkin İrəvanın KTMT-dən çıxma ehtimalı və bunun mümkün nəticələri barəsində sualın cavabında deyib: “Bizim KTMT üzrə müttəfiqlərimizlə danışıqlar masası arxasına oturmaq və tərəfdaş olaraq birlikdə bütün yığılmış məsələlərin kompromis həlli yollarını tapmaq gücümüz var. Lakin bu məsələlərdə də suveren seçim bizim erməni tərəfdaşlarımızındır”.

Diplomatın sözlərinə görə, Ermənistanın  təhlükəsizliyini təmin etmək üçün regionda KTMT-yə alternativ mexanizm yoxdur: “Diplomat peşəsi fincanda kofe falına baxmaq deyil. Fikrimizcə, hazırda regionda Ermənistanın təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edəcək alternativ etibarlı mexanizm yoxdur. Ümid edirik ki, İrəvan bunu yaxşı başa düşür”.

Bir il əvvəl, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dondurduğunu elan edib. 

Paşinyan Ermənistanın KTMT-yə qayıtmasının getdikcə çətinləşdiyini, hətta “az qala geri dönüşü olmayan nöqtəyə çatdığını" bəyan edib.

Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin öz növbəsində bildirib ki, Qərb Ermənistan hakimiyyətini KTMT-də iştirakını dondurmağa sövq edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyanın KTMT-nin guya “Ermənistanı problem içində tərk etməsi” ilə bağlı sözlərinin reallığa uyğun gəlmədiyini söyləyib.

Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisindəki Gümrü rayonunda yerləşir. İrəvanda yerləşən Erebuni aviabazasında da bu bazanın hava qüvvəsi yerləşir.

Hürr Tərcüman

Seçilən
30
hurriyyet.az

1Mənbələr