Fevralın 12-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji idarəçisinin təyin edilməsi” mövzusunda vebinar keçiriləcək.
Vebinarda Energetika Nazirliyinin əməkdaşı Əli Salmanlı tərəfindən təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh olan enerji idarəçisinin təyin edilməsi, onun vəzifələri, attestasiyadan keçirilməsi qaydaları haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər 12 fevral tarixində saat 16:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəfləri informativ sessiyaya qoşulmağa dəvət edirik:
https://www.facebook.com/minenergygovaz/