AZ

Rusiya XİN-dən Mərkəzi Asiyadan olan miqrantlarla bağlı AÇIQLAMA

Rusiyada Mərkəzi Asiyadan olan həmkarlarının miqrasiya sahəsindəki problemlərlə bağlı bütün müraciətlərinə baxılır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.

Diplomatın sözlərinə görə, miqrantlara qarşı tədbirlər Rusiya hüquq-mühafizə orqanları tərəfindən ölkəyə daxil olan əcnəbilərin “millətindən və vətəndaşlığından asılı olmayaraq” həyata keçirilir.

"Tərəfdaşlarımız ilk növbədə həm miqrantların özlərinin, həm də Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş miqrasiya sahəsinin tənzimlənməsinə yanaşmalarımızı başa düşürlər”, - deyə, Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, Moskva Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərlə bağlı “ətraflı izahat” verməyə çalışır. “Biz onların ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət etdiyini vurğulayırıq.”

Seçilən
7
ikisahil.az

1Mənbələr