Fevralın 9-u gecə saatlarında 1979-cu il İran inqilabının 46-cı ildönümündə Tehran başda olmaqla İranın bir neçə şəhərində vətəndaşlar “Ölüm olsun Xameneiyə” , “Ölüm olsun diktatora” şüarları səsləndiriblər.
Axar.az xəbər verir ki, bu barədə xarici və sosial media məlumat və videolar paylaşıb.
Məlumatlara əsasən, Tehran, Sənəndəc, Kirmanşah, Yəzd, Şiraz, Kirman, Yasuc, Zahidan, Simnan və başqa şəhərlərdə vətəndaşlar balkonlara və evlərinin damlarına çıxaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bildirilib ki, antihökumət şüarlarının səsləndiriməsindən və bu barədə video və məlumatların yayılmasından sonra adı çəkilən şəhərlərdə internetin sürəti kəskin azalıb, internetə çıxışa və sosial mediaya məhdudiyyətlər tətbiq edilib.