AzVision.az Ağ Evin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Amerika lideri Kanadanı ABŞ-nin dəstəyi olmadan “yararsız ölkə” adlandırıb.
“Biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Bunu dayandırsaq, rüsumun tətbiqi ilə onların maşın istehsal etməsinə mane olsaq, onlar həyat qabiliyyətli ölkə olmayacaqlar”,- Tramp Luiziana ştatına səfəri zamanı təyyarədə jurnalistlərə deyib.
O, ABŞ-nin“əla münasibətləri”olan Kanada xalqını sevdiyini vurğulayıb. Bu dövlət üçün isə ən yaxşı həll yolu ABŞ-nin 51-ci ştatı olmaqdır. Kanada bu süni sərhəd olmadan ABŞyə qoşula bilsəydi, çox yaxşı olardı.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin milli təhlükəsizlik müşaviri Maykl Uolts Trampın Kanadanı işğal etmək niyyətində olmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta