AZ

“Neftçi” yeni transferi üçün yüksək məbləğ ödəyib

“Neftçi” yeni transferi Bassala Sambu üçün “Enosis Neon Paralimni” klubuna yüksək məbləğdə təzminat ödəyib.

Msport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Təzminatın məbləği açıqlanmasa da, məbləöin üçrəqəmli olduğu bildirilib: ““Enosis Neon Paralimni” seneqallı hücumçunun transferindən layiqli məbləğ qazanıb ki, bu da kassanı dolduracaq və klubun rahat nəfəs almasına şərait yaradacaq”.

Qeyd edək ki, “Neftçi” 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlayıb. Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının qalibi olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

Seçilən
30
msport.az

1Mənbələr