AZ

ABŞ-ın Qəzza ilə bağlı təkliflərini dəyərləndirməyə dəyməz - Ərdoğan

Bakı, TurkicWorld

"Heç kimin Qəzza xalqını min illərdir yaşadığı əbədi vətənindən çıxarmağa gücü çatmaz"

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu fikirləri Malayziyaya səfəri öncəsi Atatürk Hava Limanı Dövlət Qonaqxanasında təşkil edilən mətbuat konfransında səsləndirib.

"Amerikanın yeni administrasiyasının sionist lobbisinin təzyiqi ilə Qəzza ilə bağlı irəli sürdüyü təkliflər bizim baxış bucağımızdan nəzərdən keçirməyə və müzakirə etməyə dəyər deyil. Bunlar tamamilə mənasızdır. Qəzza xalqını əzəli və əbədi vətənlərindən çıxarmağa heç kimin gücü çatmaz”, – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan, üç ölkəni əhatə edən səfərinin beynəlxalq müzakirələrin qızğın getdiyi bir dövrə təsadüf etdiyini qeyd edib.

Suriyada uzun illərdir davam edən münaqişələrin dekabrın 8-də sona çatdığını vurğulayan Türkiyə lideri, “Suriyanın Prezident Şaranın ağıllı liderliyi sayəsində ən qısa zamanda sabitliyə nail olacağına inanırıq”, – deyə əlavə edib.

“Baath rejiminin keçmişdə Hama, Şərqi Quta və Tadamon kimi bölgələrdə törətdiyi qəddar cinayətlərə baxmayaraq, yanvarın 19-dan etibarən müvəqqəti atəşkəs rejimi tətbiq olunur. Məhkum və məhbus mübadiləsi davam edir. HƏMAS verdiyi vədlərə sadiq qalır, lakin İsrail rəhbərliyi atəşkəs əvəzinə Qəzzaya təzyiqləri artırır”, – deyə Ərdoğan bildirib.

“Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds fələstinlilərə məxsusdur. Bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz” - deyə Türkiyə lideri çıxışını bu sözlərlə tamamlayıb.

Seçilən
16
turkic.world

1Mənbələr