AZ

Dövlət Komissiyası: İctimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilməkdədir

Bakı, 10 fevral, AZƏRTAC

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun media subyektlərində işıqlandırılması davam etdirilir.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, ”Narkotik sərhədiz fəlakətdir” adlı video çarxlar, “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik televiziya kanalları vasitəsilə 2024-cü ilin yanvar-dekabr ayları ərzində ümumilikdə 29 min 563 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 167 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərin hazırlanması təmin edilib.

Bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyektində ötən il ərzində ümumilikdə 5 min 129 informativ və maarifləndirici material dərc olunub.

 

Seçilən
12
azertag.az

1Mənbələr