AZ

Rusiyanın “Sputnik” agentliyinin Azərbaycandakı fəaliyyəti dayandırılmalıdır” – Çağırış.

Sputnik Informasiya Agentliyinin təxribatçı fəaliyyəti ilə bağı Azərbaycanda dəfələrlə müxtəlif qalmaqallar yaşanıb.  Bu agentlik ötən illərdə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən materiallar da paylaşmaqdan çəkinməyib.  Rəhbərliyində əsasən eürmənilərin təmsil olunduğu “Sputnik” agentliyinin  ermənipərəst mövqeyi ilə seçilməsi də təsadüfi deyil. 

Son dövrlər Rusiya mrdiasında Azərbaycana qarşı qərəzli kampaniyanın aparılması, feyk xəbərlər yayılması “Sputnik”in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı çağırışların meydana gəlməsinə səbəb olur.  Belə çağırışlardan birinə də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu müəlliflik edib. 

Missiya.Az xəbər verir ki, o, özünün Facebook Səhifəsində “Sputnik”in Azərbaycandakı fəaliyyətinə son qoyulması ilə bağlı paylaşım edib. O, qeyd edib ki, Rusiya ermənilərinin Kremlə bağlı "Sputnik" və digər media uzantıları bağlanmalıdır .

Qeyd edək ki, “Sputnik” Agentliyi 10 noyabr 2014-cü ildə Rusiya hökumətinə məxsus "Rossiya Seqodnya" xəbər agentliyi tərəfindən yaradılıb. Baş ofisi Moskvada olan “Sputnik”in  0aşinqton, Qahirə, Pekin, Paris, Berlin, Madrid, Montevideo və Rio-de-Janeyroda  da regional ofisləri mövcuddur.

 

Elcan

Missiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr