PSJ klubunun yarımmüdafiəçisi Usman Dembele yanvar ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu ötən ay Liqa 1-də Paris komandasının heyətində 4 oyununa çıxıb.
Dembele bu görüşlərdə 8 qol vurub. O, cari mövsümdə ümumilikdə çempionatda 19 oyuna çıxaraq 16 qol vurub və 4 məhsuldar ötürmə edib.
PSJ Liqa 1-də 21 turdan sonra 53 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.