AZ

Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb.
Sherg.az-ın Tbilisi müxbiri xəbər verir ki, Şalva Papuaşvili "Facebook" paylaşımında Gürcüstan hökumətinin məhz bu cür kənar müdaxilələrə qarşı demokratiyanın möhkəmliyini təmin etdiyini vurğulayıb:

“Xarici ölkələrin səfirləri ev sahibi ölkə və cəmiyyətlə körpü yaratmaq əvəzinə ölkəni idarə edənlər üçün təlimatçı rolunu öz üzərlərinə götürdülər. Bu, vəziyyəti o həddə çatdırdı ki, səfirlərin vəzifəsi ev sahibi ölkə ilə etimad yaratmaq deyil, lokal rəhbərliyə öz səlahiyyətlərini yeritmək oldu. Biz bunu Sovet dövründən yaxşı xatırlayırıq - ölkədə ikinci ali rütbəli rəsmi olan Mərkəzi Komitənin ikinci katibi həmişə Moskvadan göndərilirdi”.

Papuaşvili xarici yardımların diplomatiyadan fərqli olaraq kompromis və ortaq maraqların qorunmasından uzaq olduğunu, ölkələrin daxili siyasətində xarici maraqların qorunması məqsədi daşıdığını qeyd edib. Əlavə edib ki, ölkənin siyasi partiyalarına və vətəndaş cəmiyyəti sektoruna yerləşdirilən bu cür xarici maraqlar sonradan daxili məsələlərə təsir alətinə çevrilir.
Seçilən
13
2
sherg.az

3Mənbələr