AZ

Səfir: Litva və Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edir

Litvanın yeni hökuməti Azərbaycanla ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edir.

Bu barədə “Report”a Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.

"Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiya əlaqələrin möhkəmləndirilməsinə və ikitərəfli gündəliyin genişləndirilməsinə təkan verən mühüm vasitədir. Litvada yeni hökumət yenicə formalaşdığı üçün hazırda hökumətlərarası komissiyanın iclasının planlaşdırılması məsələsi müzakirə olunur", - o qeyd edib.

Seçilən
13
report.az

1Mənbələr