Dövlət sirrini yaymaqda ittiham olunan hərbi ekspert Ədalət Verdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Bakının Nəsimi Rayon Məhkəməsinə göndərilib. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.
Vəkilin sözlərinə görə, istintaqın yekunlarına görə Verdiyevə qarşı CM-in 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham ləğv edilib.
İndi Verdiyev yalnız bir maddə ilə - hərbi sirri yaymaqa ittiham olunur.
Vəkil qeyd edib ki, Verdiyev "özünü qismən təqsirli bilir".
Noyabrın 25-də Azərbaycan Baş Prokurorluğu Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzinin" qərargah rəisi Ədalət Verdiyevin həbs edildiyi haqqında məlumat yayıb.
Press-relizdə qeyd edilirdi ki, 22 noyabr 2024-cü il tarixində azad edilmiş ərazilərdə media turu zamanı Verdiyev döyüş mövqelərinin və sərhəd qoşunlarının yerləşdiyi yerlərin şəkillərini çəkib və sosial şəbəkələrdə şəkilləri və məlumatları dərc edib. Bununla da o, dövlət təhlükəsizliyi maraqlarına və müdafiə qabiliyyətinə zərbə vurub.
Təqsiri sübuta yetirildiyi təqdirdə eksperti 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.