Bu gün ermənilər üçün özəl günlərdən biridir.
Adalet.az xəbər verir ki, 2011-ci ilin 10 fevralında dünyanın tanıdığı çoban itini ermənilər "Qampr"ı erməni iti kimi təsdiqləyib.
Daha dəqiq , erməni dilindən tərcümədə "böyük və güclü" mənasını verən "qampr" 2011-ci ildə Beynəlxalq İtlər İttifaqının (IKU) reyestrində qeydə alınıb.
Ermənilər bildirdilər ki, Ermənistanda vəhşi heyvanların (canavar) və digər cins itlərin cütləşməsindən əmələ gələn bu Qampr, ermənilərin minilliklər boyu yetişdirdiyi bir ümumi ad altında birləşmiş özəl bir cinsdir: "Qampr erməni dağlarının iti olub və erməni xalqının qürur mənbəyi olaraq qalır. 22 əsrdən çox Qərbi Ermənistanda yaşayan yerli cinsdir, uzun müddət təcrid olunduğuna və müxtəlif iqlim şəraitinə, həmçinin kortəbii melezləşməsinə görə, Qampr görünüşü və temperamenti ilə digər cinslərdən fərqlənir. ”
Elə həmin vaxt Ermənistan Kinoloji Birliyinin prezidenti Violeta Qabrielyan bildirdi ki, erməni Qamprı çox qədim tarixə malikdir və ordu üçün nəzərdə tutulub:" Qamprlar əsasən çoban, gözətçi, ov iti, döyüş iti, xilasedici it kimi istifadə olunan işçi itlərdir və yorulmaz işçi olduqları üçün ailənin tam üzvləri hesab edilirdilər. Qampr qürurlu və müstəqil itdir. O, sevgini ifadə etməkdə təmkinlidir. Digər it cinsləri ilə müqayisədə həddindən artıq müstəqil görünə bilər. O, ağıllıdır, lakin yersiz göstərişlərə tabe olmaqda çətinlik çəkir".
Ermənilərin təxəyyül məhsulu olan Qamprla bağlı Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdinin də fikirlərini bilmək maraqlı olardı deyib, onunla telefon əlaqəsi saxladıq.
İsmayıl müəllim əvvəl 22 əsr Ermənistan ərazisində yaşayan itin ermənilərlə heç bir əlaqəsi olmadığını vurğuladı və onların Qərbi Azərbaycana 1828-ci ilə Rusiya imperiyası tərəfindən köçürüldüyünü xatırlatdı: " Xəyal, fantaziya qurmaqda rəqibi olmayan ermənilər bütün dünyaya o cümlədən YUNESKO-ya bəyan ediblər ki, bu it erməni itidir və özü də QAMPR cinsidir. Təəssüf doğuran odur ki, rus saytları da uzun illərdi bu itləri erməni "qampr" kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxır. Halbuki, ermənilər tarixən böyük heyvan sürülərənə sahib olmadıqlarından, it seleksiyası onların maraq dairəsində deyildi. Böyük sürülər və onu qoriyan çoban itləri, yalnız maldar tayfalarda olub".
- Bəs bu itlər əslində kimlərə məxsus olub?
-Bu əsl çoban itləridir və ən çox Türkiyənin Anadolu bölgəsində və Ağbaba – Şörəyel Borçalı bölgələrində, həmçinin Azərbaycanın Qazax, Tovuz, Gədəbəy bölgələrində daha çox yayılıb. Cinsi isə -Doq, Mastiff və ya Samsun cinsi kimi tanınır- Ensiklopediyada bu haqda məlumat var.1070-80 ci illərdə ermənilər həmişə gəlib Ağbaba mahalından bu itlərdən almaq istəyirdilər. Soruşanda isə deyərdilər ki, it boğuşdurma yarışları üçün alırıq.
Hazırda Ermənistanda bi itlərdən doğrudan da müxtəlif it yarışlarında, o cümlədən, it boğuşdurma yarışlarında çox istifadə edirlər. Maraqlısı odur ki, ermənilər həm də sərhədlərin qorunmasında rus avçarkaları əvəzinə də bu itlərdən istifadə edirlər”.
Qeyd edək ki, ermənilər qurduqları fantaziyaya o qədər inanıblar ki, hətta 2018-ci ildə Yerevanın girişində itə -Qampra heykəl qoyublar.
Əntiqə Rəşid