AZ

Metil spirti korluğa və komaya səbəb ola bilər

Metil spirti korluğa və komaya

Metil spirti (metanol) sənayedə istifadə olunan və saxta spirtli içkilərin tərkibində rast gəlinən zəhərli maddədir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun qəbulu ciddi sağlamlıq problemlərinə, o cümlədən qalıcı görmə itkisinə, beyin zədələnməsinə və hətta ölümə səbəb ola bilər.

Metil spirtinin zəhərli təsiri qəbul edilən miqdardan asılı olaraq dəyişir və bəzi hallarda hətta az miqdarı belə təhlükəli ola bilər.

Zəhərlənmə əlamətləri arasında bulanıq görmə, şiddətli ürəkbulanma, qusma, nəfəs darlığı və huşun itirilməsi kimi simptomlar müşahidə edilə bilər.

Belə hallarda dərhal təcili tibbi yardım göstərilməsi vacibdir.

Saxta spirtli içkilərin istifadəsinin qarşısını almaq üçün ictimai maarifləndirmənin artırılması və bu cür məhsullardan uzaq durmaq tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
24
e-saglam.az

1Mənbələr