AZ

Xaməneinin çıxışından sonra İranda dollar yenə bahalaşdı

İran rəhbəri Əli Xaməneinin Amerika ilə danışıqların mənasız olduğu barədəki çıxışından sonra ölkə valiyutasının dəyəri dollar qarşısında yenidən ucuzlaşıb.

Bununlada bu gün Tehran azad bazarında hər 1 Amerika dolları 88 min 400 tümənə satılıb.

Bununla yanaşı hər bir avronun qiyməti 91 min 470, hər 1 Azərbaycan manatının qiyməti isə 52 min 90 tümənə çatıb.

Qeyd edək ki, Xamənei, Məsud Pezeşkian hökumətinə Tramp administrasiyası ilə danışıqlar masasına qayıtmaq səylərindən əl çəkməyi əmr edib.

İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi,  vitse-prezident Cavad Zərif və bir sıra digər yüksək vəzifəli şəxslər son iki ayda ABŞ-la danışıqların və razılaşmaların faydaları və müharibə riski barədə danışsalar da, Xamənei  Donald Tramp administrasiyası ilə danışıqların İranın problemlərinin həllində heç bir təsiri olmadığını,  danışıqların müdrik, ağıllı və şərəfli olmadığını bildirib.

Bununlada iqtisadçılar qarşıdakı günlərdə İran pulunun dəyərinin dahada düşəcəyini proqnozlaşdırırlar.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr