AZ

Putin 100 minlik yeni ordu qurur – Afrika ölkələrindən...

Rusiya Prezidenti Vladimir afrikalılardan ibarət yeni ordu qurmağı hədəfləyir.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə effektiv olmadığını anlayan Putin yeni ordunun hazırlanmasıyla bağlı göstəriş verib.

Məlumata görə, yeni ordunun tərkibində 100 min döyüşçü olacaq.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilən Şimali Koreya qoşunları yanvarın ortalarından bəri Kursk vilayətində gedən döyüşlərdə iştirak etmir. Ukrayna Xüsusi Qüvvələrinin sözçüsü polkovnik Oleksandr Kindratenko da keçən həftə Şimali Koreya rəhbərliyinin göndərdiyi bölmələrin son vaxtlar Kursk cəbhəsində görünmədiyini bildirib.

“Şimali Koreya əsgərləri 3 həftədir cəbhə xəttində müşahidə olunmur. Onlar, böyük ehtimalla, ağır itkilər verdikdən sonra geri çəkilmək məcburiyyətində qalıblar”, - deyə o, bildirib.

Britaniyanın “BBC” telekanalının Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Şimali Koreyadan göndərilən 11 min əsgərdən ən azı 1000-nin öldürüldüyü təxmin edilir. Bildirilir ki, Şimali Koreya əsgərləri müasir döyüşlərə hazır deyillər və xüsusilə pilotsuz təyyarələrə qarşı həssasdırlar.

“AzPolitika.info”

Seçilən
7
1
azpolitika.info

2Mənbələr