AZ

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən xəbərə görə, toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir.

Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

Seçilən
1
43
herbiand.az

10Mənbələr