Yaponiyada iki qar uçqunu nəticəsində 100-dən çox insan otellərində qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, güclü qar Tsuçiyu İsti Bulaqının yerləşdiyi şəhərə təsir edib.
Yerli vaxtla səhər saat 04:00 və 11:00 radələrində baş verən iki qar uçqunu nəticəsində qəsəbədəki iki oteldə 100-dən çox adam sıxılmış vəziyyətdə qalıb.
İki qar uçqunundan sonra qəsəbədə qarın qalınlığı 1,5 metrə qədər artıb və spa otellərinə çıxışı təmin edən yollar bağlanıb.
Yerli hakimiyyət orqanları bağlı yolları təmizləmək üçün intensiv qar təmizləmə işlərini davam etdirir.
Gülay