AZ

Ekvadorun hazırkı prezidenti seçkilərə başçılıq edir

Ekvadorun hazırkı prezidenti Daniel Noboa dövlət başçısı seçkilərində liderlik edir, amma hələ də birinci turda qalib gəlmək üçün kifayət qədər səs toplamayıb. 

Olaylar.az xəbər verir ki,  bu barədə Milli Seçki Şurası tərəfindən 10,61% protokolların işlənməsindən sonra məlumat dərc olunub. 

Məlumata görə, hazırkı prezident 47,02% səs toplayıb, əsas rəqibi Luis Qonsales isə 41,14% səs əldə edib. Qalibiyyət üçün namizədin mütləq əksəriyyət səsini və ya ən azı 40% səsi alması, amma yaxın rəqibindən ən azı 10 faiz bəndi ilə ayrılması lazımdır.

Bu tendensiya davam edərsə, 13 aprel tarixində ölkədə ikinci tur seçkiləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr