Özbəkistanda 3 min süpürgənin içinə gizlədilmiş 600 kq əfqan həşİşi ələ keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Sərhəddə gömrükçülər 22 500 süpürgə olan yük maşınına baxış keçirib. Onların bəzilərinin “dəyişdirildiyi” və içi boş tutacaqlarda narkotik paketləri aşkar edilib.
Qara bazarda belə bir “ov” 16,5 milyon dollar dəyərindədir.
Xuraman Etibarlı
İnterpress.az