Bakı. Trend:
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecəsaatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədədqol saatı və fotoaparat oğurlayıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyatakeçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəlibilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlıOrxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.
Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlikkameralarına düşməmək üçün onun üzərini polietilen paketləbağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadəediblər.
Faktla bağlı araşdırma aparılır.