“ABŞ ilə yeni razılaşma ölkənin milli maraqlarına uyğun deyil.
"Belə ki, ABŞ-nin məqsədi bəzi İran rəsmilərinin siyasi atəşkəs adlandırdıqları qeyri-rəsmi, yazılmamış razılaşmaya nail olmaqdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Tehranda keçirilən və İran İslam İnqilabının 46-cı ildönümünə həsr olunmuş tədbirdə səsləndirib.
"ABŞ-yə heç vaxt etibar etmək olmaz. Hər hansı bir razılaşma hər iki tərəf üçün sərfəli olmalıdır. Hazırda düşünürük ki, ABŞ ilə mümkün bir razılaşma bizim maraqlarımıza cavab vermir".