AZ

Azərbaycanlı futbolçu yeni KLUBDA

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev klubunu dəyişib.

Bizim.Media xəbər verir ki, Türkiyədə legioner həyatı yaşayan 28 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”dan yollarını ayırdıqdan sonra “Çorum”a keçib.

O, Super Liqaya vəsiqələr uğrunda mübarizə aparan klubla müqavilə imzalayıb. Onun yeni komandası 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Diniyev mövsümün əvvəlində “Ümraniyespor”dan “Bandırmaspor”a keçmişdi.

Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr