AZ

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzada ilk səhra xəstəxanasını açır

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında ilk səhra xəstəxanasını açıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) bu barədə fevralın 9-da X (keçmiş Twitter) məlumat yayıb.

“Fələstin Qızıl Ayparası tam təchiz olunmuş səhra xəstəxanasının təhvil verilməsini tamamlayır. Bu, Qəzza şəhərində cərrahiyyə, neonatologiya, reanimasiya, radiologiya, qəbul və təcili yardım xidmətləri daxil olmaqla bir neçə tibb şöbəsini özündə birləşdirən ilk səhra xəstəxanasıdır”, - deyə mətbuat xidməti bildirib.

Sahə xəstəxanasının Tel Əl-Havadakı Əl-Qüds xəstəxanasının tibbi qrupu tərəfindən idarə ediləcəyi bildirilir.

Seçilən
9
aznews.az

1Mənbələr