AZ

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Faiq Qasımovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 1991-ci ildə Birinci Qarabağ müharibəsi zamanı savaşmaq üçün müraciət etsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılıb və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşıb. 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub və 1995-ci ildə bu məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Məzun olduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə davam edən və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Faiq Qasımov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Faiq Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
7
qht.az

1Mənbələr