AZ

Nazir: Təhsilalana ayrılan investisiyaların ədalətli bölgüsü önəmlidir

Finss.az - Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son on ildə ali təhsil müəssisələrinə qəbul göstəricisinin artımı kəmiyyəti əks etdirsə də, keyfiyyətdə müəyyən nüansların təkmilləşdirməyə ehtiyac var

“Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bu, bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu işdə əsasdır”, - deyə o əlavə edib.

Seçilən
30
11
fins.az

10Mənbələr