Son bir ay ərzində fələstinli media nümayəndələrinə qarşı hücumlar nəticəsində yeddi nəfər jurnalist öldürülüb. AFN.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi Fələstin Jurnalistlər Birliyinə istinadən məlumat yayıb."Bu ilin ilk ayında Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinli media nümayəndələrinə qarşı zorakılıq artıb. İşğalçı qüvvələr baş verənlərlə bağlı həqiqəti gizlətmək məqsədi ilə 7 jurnalisti qətlə yetiriblər" - deyə birliyin bəyanatında qeyd edilib.Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsinin cari mərhələsində həlak olan jurnalistlərin ümumi sayı artıq 220-ni keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta