AZ

Trampın müşaviri ittihamlarla çıxış edib

Trampın

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ABŞ-ın strateji maraqlarına cavab vermir və Çin Xalq Respublikasının təsirini məhdudlaşdırmaq vəzifələrini yerinə yetirmir. “Ulusum”.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts NBC telekanalına verdiyi müsahibədə bildirib.«Bu missiyalar və proqramlar (USAID) çox vaxt ABŞ-ın strateji maraqları ilə uyğun gəlmir, məsələn, Çin təsirinə qarşı mübarizə», – deyə o qeyd edib.Voltsun sözlərinə görə, USAID «hər cür digər işlərlə» məşğul olur ki, bunlar ABŞ prezidenti Donald Trampın baxışları ilə üst-üstə düşmür.O, həmçinin, «çox tez-tez» ehtiyacı olan insanlara yalnız USAID vəsaitlərinin bir hissəsinin çatdığını vurğulayıb. Ağ Evin müşaviri bunu «podratçılar və alt-podratçılar zəncirindən» qaynaqlandığını əlavə edib.«Pul səmərəsiz xərclənir və bu məsələyə ciddi yanaşılmalıdır. Biz məhz bu işlə məşğul oluruq», – deyə Volts əlavə edib.Səidə

Diqqət Çəkənlər

Uşaqların sözə baxmaması: səbəblər və həllər

Qüantanamoda miqrant böhranı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Seçilən
5
ulusum.az

1Mənbələr