AZ

"Quba"nın basketbolçusu: "Hər oyunda yaxşı performans sərgiləyirik"

Məncə, biz hər oyunda yaxşı performans sərgiləyirik.

"Report" xəbər verir ki, bunu "Quba"nın basketbolçusu Davonte Kraven klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Sumqayıt"a 90:80 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIV turunun matçı ilə bağlı fikirlərini bölüşüb:

"Bu görüşdə qələbə qazanmağı bacardıq. Bunun üçün şadam. Matç şəxsən mənim üçün çox yaxşı keçdi. Komandama qalib gəlməyə kömək etmək üçün xallar qazana bildim. Buna görə də xoşbəxtəm. Fikrimcə, hər görüşdə yaxşı performans sərgiləyirik. Sadəcə, əvvəlki matçların ikinci hissəsində konsentrasiyamızı itirirdik. Rəqib komandalar da bundan həmişə istifadə edirdilər, sonda da uduzurduq. Hiss edirəm ki, müdafiənin bəzi mövqelərində əskikliklər olurdu və bütün diqqətimizi cəmləyə bilmirdik, konsentrasiyanı itirirdik. Top itkilərimiz də az deyildi. Bizə daha yaxşı komanda kimyası və komandadan daha çox pozitivlik lazımdır".

ABŞ-dən olan basketbolçu “Quba”nın qarşıdakı turlarda uğurlu nəticələr qazanacağına inandığını söyləyib:

“Sumqayıt”la görüşdə qazandığımız qələbə özümüz üçün yaxşı motivasiyadır. İşləməyə davam edirik. İnanıram ki, növbəti oyunda qalib gələcəyik. Müdafiəyə yaxşı konsentrasiya olsaq və bütün matçı güclü oynasaq, hər bir komandanı məğlub edə bilərik”.

Seçilən
17
3
report.az

5Mənbələr